Deputata töhmət verildi

Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Sherg.az"a verilən məlumata görə, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.