Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm!".
"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində bildirib: "Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy, bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"