"Fon Qarabağ" Qadınlar İctimai Birliyi fəaliyyətə başladı

Birliyin məqsədi Qarabağın adı keçən bütün cəbhələrdə Azərbaycan qadınının gücünü, iradəsini, əzmini, bilik və bacarığını otraya qoymaqdır


Şanlı Vətən Savaşı və bu savaşda zəfər çalmağımız millət olaraq yeni tarixi mərhələyə qədəm qoymağımızın başlanğıcı oldu. Bu yeni mərhələdə qalib bir dövlətin qalib milləti  olaraq bizi yeni zərurətlərlə üz- üzə qoydu.

Bu zərurətlərdən irəli gələn proseslərə dəstək vermək üçün "Fon Qarabağ" Qadınlar İctimai Birliyi fəaliyyətə başladı. Birliyin məqsədi Qarabağın adı keçən bütün cəbhələrdə Azərbaycan qadınının gücünü, iradəsini, əzmini, bilik və bacarığını otraya qoymaqdır.


Daha dəqiq desək amalımız Vətən Savaşında və ondan sonrakı dönəmlərdə Qarabağın mədəni və ictimai-sosial həyatında baş verən bütün proseslərdə və yaranmış problemlərin aradan  qaldırılmasında yaxından iştirak etməkdir. Birliyin hədəfi I və ll Qarabağ Savaşları dönəmində şəhid və qazi ailərinə ictimai və sosial həyatın bütün sahələrində dəstək olmaq, işğaldan azad olunmuş torpaqlarda mədəni və sosial infrastrukturun bərpasına öz töhvəsini verməkdir. Hədəflərdən biri də Azərbaycanın tarixi torpağı olan Qarabağ və onun həqiqətlərini çıxa biləcəyi bütün beynəlxalq tribunalarda eşitdirməkdir. Sonda ürəyi Azərbaycanla döyünən bütün qadınları Qarabağ naminə bilik və bacarıqlarını səfərbər edərək "Fon Qarabağ" Qadınlar İctimai Birliyi ətrafında birləşməyə çağırırıq.

Qeyd edək ki, təşkilatın təsisçisi Feyziyyə Soltanmuraddır.