Şuşa əməliyyatı dünyanı heyrətə gətirəcək – Deputat

Şuşanın fəthi tarixi Çanaqqala döyüşü kimi, Azərbaycan Ordusunun parlaq zəfər salnaməsinə çevrildi. Tanksız, topsuz, artilleriyasız, göydə 3-cü Ordumuza çevrilən pilotsuz kamikadzelərin müşayiəti olmadan 1500-1800 metr yüksəkliklərdə döyüşlər apararaq Qalaya daxil olmaq gələcəkdə onlarla dövlətin və silahlı qüvvələrin hərbi taktikasının heyrətamiz istinadgahlarından birinə çevriləcək.
Axar.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc qeyd edib.
“Şuşanın azadlığı qədim yurdumuzun daimi varlıq forması olan dumanlı-sisli günlərə təsadüf etdi. Lakin o yüksək zirvələrin aydın sabahları Qarabağın bütövlükdə azad olunması ilə baş verəcək və əbədi olacaq. Ali Baş Komandanın və Müzəffər Ordumuzun sayəsində son bir ay yarımlıq zaman intervalı əsrlərə bərabər oldu və sübut etdi ki, hər gün Bayraq Günü, hər yer Şuşadır!” - Z.Oruc bildirib.