Xaçmazda 26 yaşlı gənc dəm qazından boğularaq öldü

Xaçmaz rayonunun Xudat şəhərində 26 yaşlı gənc dəm qazından boğularaq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Xudat şəhər sakini, 1994-cü il təvəllüdlü Babayev Anar Qurbanəli oğludur.
Faktla bağlı araşdırmalar aparılır.