Qələbə münasibətilə Bakıda atəşfəşanlıq olub - VİDEO

Bu gün Azərbaycan paytaxtında atəşfəşanlıq olub.
APA-nın məlumatına görə, atəşfəşanlıq Vətən müharibəsində qələbə münasibətilə təşkil edilib.
Atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
BŞİH-nin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun APA-ya dediyinə görə, bu atəşfəşanlığın digərlərindən fərqi 300 metr hündürlüyündə olması olub.