Son statistika: 47 ölən, 4381 yoluxan, 3658 sağalan

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282, ötən müddət ərzində isə ümumilikdə 1 918 866 test aparılıb.