Türkiyənin Azərbaycandakı Səfirliyindən  Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım - Foto

Türkiyənin Azərbaycandakı Səfirliyi “facebook” səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

Türkiyənin Azərbaycandakı Səfirliyi “facebook” səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”.