Millət vəkili bir qrup tovuzlu qazi ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb.

Axar.az xəbər verir ki, millət vəkili qazilər Rəhman Rəhimov, İslam Məmmədov, Elcan Məmmədov, Mirbala Abdiyev, Musa Mürsəlov, Qurban Ələkbərli, Tural Həsənov, Pərvin Həsənovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib.

Q.Paşayeva bildirib ki, məhz onların və canını Vətən yolunda qurban verən şəhidlərimizin sayəsində torpaqlarımız işğaldan azad edildi, 30 illik həsrətə son qoyuldu.

Millət vəkili qazilərə Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

Qazilər millət vəkili ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.