“Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır”.
APA xəbər verir ki, bunu 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”na zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.
O bildirib ki, tullantıların idarə edilməsi məsələsi pilot layihə kimi ilkin mərhələdə Abşeronda həyata keçiriləcək: “Bundan sonra isə mərhələli şəkildə ölkə ərazisində tətbiq ediləcək. Özəl sektor da bu prosesə artıq maraq göstərir. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektor tərəfindən maraq var. Artıq qurumların özlərində də tullantılar çeşidlənir. Tibbi tullantılar təhlükəli tullantılar bölgüsünə aid edilir. Tullantıların idarə edilməsi ilə bağlı “Təmiz Şəhər” ASC tərəfindən təkliflər Komissiyaya təqdim olunub. Tullantıların idarə edilməsi ilə bağlı əsas məqsəd cəza tətbiqi deyil, maarifləndirməyə, ictimai qınağa da üstünlük verməkdir”.