17 ildir məzarda yanan işıq söndü! - Səbəbi ürək dağladı

 Həyatda ikən qorxduğu üçün qaranlıqda yata bilməyən Berna Şallının məzarı öldüyü gündən bu yana ailəsi tərəfindən işıqlandırılırdı. 17 ildir yanan işıq ötən günlərdə sönüb. Səbəbi maraqlıdı...

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir yük şirkətində çalışan və evlilik hazırlığı edən Berna Şallı, 17 il əvvəl toyuna bir ay qala qarın nahiyyəsindəki yağları əməliyyatla aldırmaq istədi. Dr. Edib Ilgaz tərəfindən liposuction üsuluyla əməliyyatdan sonra xəstəxanadan buraxılan gənc qız təkrar ağrılar hiss edib. İkinci dəfə əməliyyat masasına uzanan talehsiz qız ürəyinin dayanması nəticəsində həyatını itirib. Aparılan araşdırma zamanı gənc qızın həddindən artıq narkoz verildiyi üçün öldüyü ortaya çıxıb. Gənc qızın ailəsi, həkim Ilgaz haqqında iddia açıblar. Şallının ölümündə suçlu olan həkim, açılan təzminat iddiasında 81 min lirə ödəməyə məhkum edilib.



Berna Şallının anası Aişə Şallı, həyatda ikən qızı qaranlıqdan qorxduğu üçün öldükdən sonra məzarını işıqlandırmaq istəyib. Ağrılı ana, qızının məzarını işıqlandırmaq üçün Kepez qəsəbəsindəki evini satıb, Muratpaşa mahalında Andızlı qəbiristanlığının kənarındakı Balbey məhəlləsindən ev alıb. Qızının rahat yatması üçün məzardan evinə elektrik xətti çəkdirərək, qızının məzarını işıqlandırıb.
Ancaq  Aişə Şallı evi köhnə olduğu və plana düşdüyünə görə Kepez mahalına daşınıb. Elə bu köçlə də qəbiristanlıqda 17 ildir yanan işıq da birdəfəlik sönüb.
 
Qəbiristanlıqda illərdir işıq görməyə alışan qəbiristanlıq vəzifəliləri də üzgündür:

"O qəbiristanlıqda işığı görməyə alışmışdıq. Artıq yanmır. Qəbiristanlığa yaxın olan vətəndaşlar da bura gəlib "Bir şeymi oldu?" deyə soruşurlar. Qızımız nur içində yatsın, məkanı cənnət olsun!". 

Turan