Türkiyəyə gətirilən beşəmlərdən xəbər var: Ana zor günlərini yaşayır

Türkiyənin Ailə, İş və İctimai Xidmətlər Nazirliyi koronavirus epidemiyası səbəbindən Səudiyyə Ərəbistanıdan gətirdiyi, beşəm əkizlər artıq 10 aylıq olub. Beşəm anası olmağın çətinliyindən danışan Merve Huyluoğlu (34), "İnsanlar birinə baxmaqda çətinlik çəkir, amma mən 5 körpəylə məşğul olmaq məcburiyyətindəyəm. Maddi imkanımız olmadığı üçün dayə də tuta bilmirəm" deyə gileylənir.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2020 ilin iyul ayında Türkiyənin Ailə, İş və İctimai Xidmətlər Nazirliyinin təşəbbüsü ilə koronavirus səbəbindən Səudiyyə Ərəbistanıdan Türkiyə gətirilən Huyluoğlu ailəsi, qızları və beşəm körpələriylə birlikdə Hatayın Antakya qəsəbəsində həyatlarına davam edirlər. Səudiyyə Ərəbistanının Məkkə şəhərində epidemiya dövründə çətin günlər yaşadıqlarını bildirən Hüseyn Huyluoğlu (38), nazirliyin xüsusi bir çalışması ilə Türkiyəyə gəldiklərini vurğulayır.



Hatayda həftənin 2 günü ödənişli olaraq sürücülük etdiyini, amma beşəmlərə baxımaq üçün maddi çətinliklər yaşadıqlarını söyləyən Huyluoğlu, "Bir xeyriyyəçi təşkilatın sayəsində yeni evə daşındıq, köhnə evimiz sobasız idi, uşaqlar tez-tez xəstələnirdi. Beşəmlərin sağlamlıq vəziyyətləri normaldır. Yavaş- yavaş böyüyürlər, 1 yaşlarına az qaldı. Bu dövrdə uşaq böyütmək zordur, o da ola beşəm. Mən də iş imkanı mövzusunda çətinlik yaşadım, həftənin yalnız iki günü ödənişli olaraq sürücülük edirəm, sonra gəlib həyat yoldaşıma kömək edirəm. Beşəmə baxmaq həqiqətən çətindir, bunun üçün xeyriyyəçilərdən, səlahiyyətlilərdən kömək gözləyirik. Dayə tutmaq imkanımız da yoxdur, indi də diş çıxarmağa başladılar, bu müddət daha  çətin keçəcəcək" deyə bildirib.



Beşəm anası olmağın ox çətin olduğunu söyləyən  Merve Huyluoğlu (34) isə, "İnsanlar birinə baxa bilmir,  mən beş körpəyə qulluq edirəm. Dayə də tuta bilmirəm, maddi imkanımız olmadığı üçün, qayınanam kömək edir. Qayınanam da təzyiq, şəkər xəstəliklərindən əziyyət çəkir. Bəzən xəstələnir, mən uşaqlara  tək başıma baxıram. Türkiyəyə gəldiyimdən bəri 6 aydır heç çölə çıxmadım. Bəzən mən də yoruluram, xəstələnirəm, amma mənim xəstə olmaq kimi bir lüksüm yox, uşaqlarıma baxmaq, maraqlanmaq məcburiyyətindəyəm. Həm maddi və mənəvi olaraq çox zordur" deyə danışıb.

Turan