Ukraynada Mübarizin adına poçt markası buraxıldı


Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş poçt markası işıq üzü görüb.

Axar.az xəbər verir ki, poçt markası “Azərbaycan - Ukrayna” Beynəlxalq Alyansının təşəbbüsü ilə Ukrayna ictimaiyyətinin Mübarizin qəhrəmanlığı barədə məlumatlandırılması məqsədilə buraxılıb.

Buna qədər isə Alyans Mübariz İbrahimov adına medal təsis edib.