Azərbaycanda pensiya yaşı aşağı salınır? - AÇIQLAMA

Bu gün təklif olunan məsələlərdən biri də pensiya yaşının aşağı salınmasıdır. Qeyd edək ki, hazırda kişilərin pensiya yaşı 65, qadınların isə 62-dir. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində qadınlar üçün pensiya yaşının 6 ay qaldırılması gözlənilir. Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi?
"Sherg.az"ın məlumatına görə bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, pensiya yaşının qaldırılması ilə bağlı qərar təzəlikcə qəbul olunub və hələ də icra olunmaqdadır:

"Hər 6 aydan bir də qadınlar üçün pensiya yaşının qaldırılması gözlənilir. Bu qərar qəbul olunanda, cəmiyyətlə yanaşı, mən də etiraz etdim. Bu gün də bu qərarla razı deyiləm. Amma qərar qəbul olunub. Pensiya yaşının aşağı salınması gözlənilmir. Parlamentdə də bu qərara bir neçə il öncə dəyişiklik edilib. Amma yenidən bu qərarın parlamendə göndərilməsi gözlənilmir. Mən pensiya yaşının qaldırılmasını doğru saymadım. Çünki ölkəmizdə insanların çoxu pensiya yaşına çatmamış dünyasını dəyişir. Qəbiristanlıqlara nəzər salsaq, görərik ki, ölənlərin çoxu 60 yaşından tez vəfat edib. Yaxşı olardı ki, jurnalistlər qəbiristanlıqlarda monitorinq aparıb, orta pensiya yaşını müəyyən etsinlər. Jurnalistlər qəbiristanlıqda monitorinq aparsalar, görərlər ki, nə qədər insan pensiya yaşına çatmamış ölür".