Respublika Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.