Türkiyədə vətəndaşlar əllərinə silah aldılar:“Meşənin girişində növbə..."

Antalyanın Manavqat vilayətində davam edən yanğınlar insanları ayağa qaldırıb. Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir.
Bildirilir ki, təxribat ehtimalını nəzər alan yerli vətəndaşlar meşənin girişində silahla növbə tutmağa  başlayıblar. Əraziyə hər girən saxladıqlarını deyən Esat Yardan, həmçinin əlavə edib:
“Əgər dayanmasa, başına gələcəkləri özü düşünsün”.
Növbətçilərin sözlərinə görə, meşəyə rəsmi nümayəndələrdən başqa kimsə buraxılmır.