Boşanmaların əsas səbəbi xəyanətdir

"WhatsApp", "İnstagram", "Facebook" kimi elektron mediada edilən yazışmalar məhkəmə də əsas sənəd və sübut ola bilir


Boşanma halları bəzən mübahisəli və çətin ola bilər. Boşanmaların sayının artdığı pandemiya dövründə məhkəmələrdə əks olunan səbəblər sanki cəmiyyəti əks etdirir. Ali Məhkəmə sənədlərində boşanmanın maraqlı səbəbləri arasında siqaret çəkmə, toy-zinət əşyaları paylaşma, açıq-saçıq internet saytlarını ziyarət və doğumda həyat yoldaşlarıyla birlikdə olmamaq da var.

Türkiyə Statistika Təşkilatının (TÜİK) yaydığı məlumatlara görə, son 5 ildə Türkiyədə evlilik nisbətləri azalıb, amma boşanma nisbəti daha da artıb. Maraqlıdır ki, min bir həyəcanla başlayan evlilik macərası  sonda xəyal qırıqlığı ilə başa çatır. Üstəlik, boşanmanın bəzi səbəbləri də olduqca diqqət çəkir. Hüquqşünas Serpil Çınar bəzən evliliklərdə müəyyən halların həqiqətən də boşanma üçün əsassız olduğunu deyib.

Onun sözlərinə görə,  tez-tez məhkəmələrdə göstərilən səbəblər həqiqətən də qəribədir:

"Məsələn, bəzən cütlüklər partnyorunun siqaret çəkdiyini səbəb gətirərək boşanmaq istədiyini deyir. Lakin siqaret çəkmək heç bir halda boşanma səbəbi kimi göstərilə bilməz. Çünki evliliyi dözülməz hala gətirən siqaretin çəkilməsi deyil. 

Birdən çox səhv və yanlışlıq əsas boşanma səbəbidir ki, bu da zaman-zaman meydana gəlir. Boşanma hallarının ən önəmli səbəblərindən biri xəyanətdir. Bunu evliliyi sarsıdan, güvənə xələl gətirən bir davranış da adlandırmaq olar.

Texnologiyanın inkişafı da aldatmaq hallarını daha da asanlaşdırıb. "Mail", "WhatsApp", "İnstagram", "Facebook" kimi elektron mediada edilən yazışmalar məhkəmə də əsas sənəd və sübut ola bilir.

Həyat yoldaşına qarşı kobud davranmaq da boşanmanın səbəbləri sırasındadır. Ali Apelyasiya Məhkəməsi qərarları paylaşarkən, qərardakı hökmlər diqqət çəkir. Çünki qərarın ümumi və uzun versiyasını oxuduğumuzda əsas başlıqda qüsurlardan yalnız biri qoyulur. Əslində, ər-arvadın hər birinin çox günahı var, ancaq yalnız onlardan biri diqqəti daha çox cəlb etdiyi üçün əsas başlığa qoyulur.

Əslində, bu qərarları oxuduqda və faylı ətraflı araşdırdıqda boşanma qərarının təkcə bir qüsurla olmadığı görünür. Boşanma hallarında evlilik birliyini və ümumi həyatı dözülməz hala gətirən bir çox davranışlar var".