Könül Xasıyeva gileyləndi:“Nəyinizə lazımdır 42 illik sənət fəaliyyətim...?!” 

Xalq artisti Könül Xasıyeva evi ilə bağlı yayılan xəbərlərdən narahat olub.
“Sherg.az”ın məlumatına görə,  sənətçi “K.Xasıyevanın dəbdəbəli evi” başlığı ilə paylaşılan xəbərlərdən gileylənərək bunları söyləyib:
“Nəyinizə lazımdır 42 illik sənət fəaliyyətim, yarı ac, yarı tox tələbəlik illərim, kirayədə yaşadığım günlər...? Niyə düşünüb özünüzü yorasınız ki... ?! 2001-ci ildən - 20 il xəstəxanalarda ağrılardan, boğulmalardan nələr çəkirəm”.