Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilir

Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilir.

"Report"un xəbərinə görə, toplantını parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi təşkil edib.

Tədbirdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılır.