“Televiziya, radio və nəşriyyat” sahəsinə 54 milyon 155 min 734 manat ayrılacaq

2022-ci il dövlət büdcəsində “Televiziya, radio və nəşriyyat” sahəsinə 54 milyon 155 min 734 manat ayrılması nəzərdə tutulur.
“Sherg.az”ın məlumatına görə, bu barədə “2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ümumilikdə 458 milyon 708 min 021 manat vəsait ayrılması nəzərdə tutulub.