Qarabağ qazisinə vəzifə verilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçki keçirilib.

"Report" xəbər verir ki, səsvermə nəticəsində İkinci Qarabağ müharibəsinin qazisi, Akademiyanın magistrantı Əkbərov Elnur İmamverdi oğlu səs çoxluğu ilə bu vəzifəyə seçilib.