Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı: Yeni vəzifəyə təyin olundu

Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasında vəzifəyə gətirilib.
A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.
O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib.
A.Təvəkküloğlu bundan sonra parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.