Psixoloqlar xəbərdarlıq edir

"Selfie" xəstəliyinin hələ müalicəsi yoxdur

Son zamanlar sosial şəbəkələrdə "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmaq dəb halını alıb. Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Amerika Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb. Dərnək Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluğu "selfitis" olaraq adlandırıb. Psixoloqlar şəklini çəkib sosial şəbəkədə paylaşmağın obsessiv kompulsiv bir meyl olduğunu və bunu şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu olaraq göstərib.

Bu ruhi pozğunluğun 3 səviyyəsi olduğu bildirilib:

1 - "Borderline selfitis": (Bu xəstəliyin sərhədində olmaq) - Şəxsin öz şəklini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmaması;
2 - "Acute selfitis": (Bu xəstəliyin irəliləməsi) - Şəxsin öz şəklini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşması;
3 - "Chronic selfitis": (Bu xəstəliyin xroniki hal alması) - Nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəklini gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması.

Onu da qeyd edək ki, psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə edilə biləcəyini vurğulayıb.