Səhiyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub. 
Oxu.Az xəbər verir ki, bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Teymur Musayev Tural Babayevi özünə müşavir təyin edib. O, artıq vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, Tural Babayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. 
Təyinatı Oxu.Az-a Səhiyyə Nazirliyindən təsdiq ediblər. 
Xatırladaq ki, bu barədə ilk məlumatı unikal.org saytı yayıb.