Bakının ən uzun tunellərindən biri ilə bağlı ŞİKAYƏT - VİDEO

Sosial şəbəkələrdə paytaxtın Ziya Bünyadov prospektində tunelin işıqlandırılmasının zəif olduğuna dair məlumatlar paylaşılıb.
Belə ki, sözügedən ünvanda yerləşən tuneldə işıqlandırmanın əvvəlki dövrlərlə müqayisədə zəif olduğu, bunun isə yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaratdığı bildirilib.
Sürücülər işıqlı havadan tunelə girən zaman digər nəqliyyat vasitələrini görməkdə çətinlik çəkdiklərindən şikayətlənərək, aidiyyəti qurumların məsələyə münasibət bildirmələrini istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, tunelin işıqlandırılmasının zəif olduğuna dair irəli sürülən iddialar əsassızdır:
“Paytaxtın Ziya Bünyadov prospektindəki tunelin işıqlandırılmasında heç bir zəifləmə yoxdur. Daha yaxşı işıqlandırma üçün tunelə hər tərəfdən əlavə işıqlar da qoşulub”.