Nazirliyin şöbə müdiri işdən çıxarıldı

Mədəniyyət Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Zemfira Hüseynbəyli vəzifəsindən azad olunub.
Məlumatı Trend-ə Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.
Z.Hüseynbəylinin öz ərizəsi əsasında işdən ayrıldığı bildirilib.
Qeyd edək ki, Zemfira Hüseynbəyli ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilib.