𝐙Ə𝐅Ə𝐑 𝐆Ü𝐍Ü𝐍  𝐌Ü𝐁𝐀𝐑Ə𝐊, 𝐒̧Ə𝐇İ𝐃İ𝐌!

𝐁𝐮 𝐠𝐮̈𝐧 𝐩𝐨𝐥𝐤𝐨𝐯𝐧𝐢𝐤-𝐥𝐞𝐲𝐭𝐧𝐚𝐧𝐭 𝐑𝐮𝐬𝐥𝐚𝐧 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯𝐢𝐧 𝐬̧ə𝐡𝐚𝐝ə𝐭𝐢𝐧𝐝ə𝐧 𝟏 𝐢𝐥 𝐨̈𝐭𝐮̈𝐫!

Bəşəriyyət öz tarixi boyu saysız-hesabsız qanlı müharibələrdən keçib. Onların qısa müddətlisi də olub, yüz il davam edəni də. 
İkinci Qarabağ müharibəsi də cəmi 44 gün davam etsə də, biz bu savaşı heç bir sivil insani normalar tanımayan azğınlaşmış, quduz erməni faşizmi ilə aparırdıq. Bu möhtəşəm qələbəni Şanlı Ordumuzun şəxsi heyətinin, igid əsgər və zabitlərimizin misli görünməmiş döyüş bacarığı, həmçinin, ən müasir rəqəmsal texnologiyaların köməyi ilə yaradılmış modern hücum və müdafiyə silahları sayəsində belə qısa müddətdə əldə edə bildik.

Biz müharibənin dəhşətlərini, ağrı və acısını yaşadıqca, sərhədyanı şəhər və kəndlərimizə dinc əhalinin, sivil insanların üzərinə atılan raket və mərmiləri  gördükcə, hər gün durmadan gələn şəhid və yaralı xəbərlərini eşitdikcə sanki bir millət olaraq daha sıx, bir yumruq kimi birləşirdik.
O günlər bütün arxa cəbhə gecə-gündüz ayaqda idi, hər kəs cəbhə üçün, ordumuz üçün nəsə etməyə çalışırdı. Cəbhəyə gedən yolların üstündə, hətta ayaq üstə güclə dayanan qocalar belə döyüş bölgəsinə sovqat yollamaq üçün saatlarla hərbi maşınların yolunu gözləyirdilər. Kimi yataq dəstləri, kimi əsgərlərə dəsmallar, yun papaqlar, əlcəklər, isti alt paltarları, sabun və siqaret göndərir, kimi isə verə biləcəyi evində olan son ərzaq ehtiyatını belə  ön cəbhəyə göndərməyə çalışırdı. 
Baxın, biz belə müharibə etdik.
Ağıllı komandirlərimiz, igid əsgər və zabitlərimiz, cəsur, vətənpərvər könüllülərimiz! Sizlər isə doğurdan tarix yazdınız! Bütün dünyaya, gələcək nəsillərimizə örnək ola biləcək bir qəhrəmanlıq nümunəsi göstərdiniz! 
Onsuz da əsgər görəndə həmişə sevincdən kövrəlirdim, ürəyimi yarıb içinə qoymaq istəyirdim. Çünki onlar öz isti evindən, ailəsindən bizlər rahat və huzurla ömür sürək deyə özünü odyn-alovun içinə atdılar. 

Şəhidim - canını, qanını bizim yolumuzda fəda edənim! Allahın gözəl bəndələri, nur üzlü igidlərimiz! Bizim uşaqlarımız evində rahat yatsın deyə öz uşaqlarını atasız qoyanlar! Sizə ömür boyu borcluyuq! Nə yazsam da sizin fədakarlığınızı, vətən və millət üçün etdiklərinizi ifadə edə bilməz! Sizi heç zaman unutmayacağıq! Yaralı qazilərimiz! Sizlərə şəfa diləyirik! Daim dualarımız sizinlədir! Tezliklə sağlığınıza qovuşasınız!
Baxın, mən burada cəmi 44 gün çəkən qısa bir müharıbənin qəhrəmanlıq səlnaməsini yazmağa çalışdım. Amma, bizlər nə qədər yazsaq da, danışsaq da yetərli olmaz, onların  bizlər üçün etdiklərinin qarşıcında olan bocumuzu heç nə ilə qaytara bilmərik. Nə qədər bu xalq və Azərbaycan var, o qədər də daim onlar hamımızın xatirəsində, ürəyində yaşayacaqlar. Onların valideynlərinin, əzizlərinin qarşısında əbədi olaraq hər birimizin bir vəfa borcumuz olacaq!
𝐀𝐋𝐋𝐀𝐇 𝐑Ə𝐇𝐌Ə𝐓 𝐄𝐋Ə𝐒İ𝐍!