Spikerin müavini təxmini rəqəm söylədi

Məhkum qadınlardan 100 nəfər amnistiyaya düşəcək

“Amnistiya aktı 100-dək qadına şamil olunacaq”. Bunu Milli Məclisin dünən keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib. O bildirib ki, amnistiya aktı daha çox hüquqi sənəddir və ənənəvi olaraq bayram günləri ilə bağlı elan olunur: 

“Amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir. Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. 

İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.