Türkiyənin Mehteran Birliyi ölkəmizdə səfərdədir

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi ölkəmizə səfər edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərdə ölkəmizdə səfərdə olan tarixi hərbi musiqi birliyinin ifasında musiqi nömrələri təqdim olunacaq.