BDU-nun baş müəllimi vəfat etdi 

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.
Bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.