Bakıda tələbə itkin düşdü

Bakıda kollec tələbəsi itkin düşüb.
APA-nın məlumatına görə, dekabrın 8-də 2005-ci il təvəllüdlü Ağayeva Nurdan Yusif qızı Binəqədi rayonunda yerləşən Bakı Humanitar Kollecindən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.