Gözmuncuğu formasında dolu yağdı

Sakinlər heyrətləndi, dolu dənələri həm də gec əridi

 Türkiyənin Osmaniyyə bölgəsi Qədirli əyalətində gözmuncuğu formasında dolu düşüb. Qədirli sakinləri, necə deyərlər, göydən “gözmuncuğu” yağmasını heyrətlə izləyib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, qəribə formalı dolu daha çox Qədirlinin Cığcık kəndinə düşüb. Dolu yağışdan sonra başlayıb. Kənd sakinləri “gözmuncuğu” dolunun fotosunu şəkərək paylaşıblar. Kənd sakini Əli Ağgöllü İHA müxbirinə deyib ki, yağışdan sonra dolu düşməyə başlayıb və əhali dolunun qəribə formalı olduğunu fərq edib, ovuclarına aldıqda dolunun dənələrinin adi gözmuncuğu kimi olduğunu görüblər. Dolu dənələri həm də çox möhkəm olub, uzun müddət ovuc içində qalsalar da tez əriməyiblər. Sakinləri heyrətləndirən həm də bu olub.