19 yaşlı hərbçimiz Qubada dəfn olundu – VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu qulluq etdiyi hərbi hissədə elektrik cərəyanı vurması səbəbindən ötən gün dünyasını dəyişib. 
Müşfiq Nəsirov 2002-ci ildə Quba rayonunun Yuxarı Tüləkəran kəndində anadan olub. Onun iki bacısı, bir qardaşı var idi və Nəsirovlar ailəsinin ən kiçiyi idi. 
O, 2020-ci ilin oktyabr ayında Qubadan hərbi xidmətə yola düşüb. 
Müşfiq Nəsirov 2022-ci ilin aprel ayında hərbi xidməti başa vuraraq geri yollanacaqdı. 
Daha ətraflı Baku TV-nin süjetində: