Bu il 211 nəfər direktor vəzifəsinə təyin edilib


Bu ilin iyun ayından başlayan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi nəticəsində işə qəbul olan direktorların sayı açıqlanıb. 

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.

Müsahibələrin növbəti üç ay ərzində davam edəcəyi nəzərdə tutulur.