"18 il ərzində ölkəmiz əsaslı inkişaf yolu keçdi"

"Ölkə başçısı İlham Əliyev hələ prezident seçildiyi ilk günlərdə bildirdi ki, o hər bir Azərbaycan vətəndaşının prezidenti olacaq. Bu, doğrudan da belə oldu, hər kəs lazımı anda dövlətini və prezidentini yanında gördü. Ölkə başçısı cənab İlham Əliyev də ən çətin anlarda öz qədirbilən, müdrik  xalqına arxalandı". 

"Sherg.az" xəbər ki bunu politoloq Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, onun Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində ölkəmiz bütün istiqamətlərdə əsaslı inkişaf yolu keçdi:

"Öz iqtisadi gücünü artırdı. Ordusunu durmadan inkişaf etdirdi. Hazırda Azərbaycan Ordusu dünyanın əlli ən güclü ordusu sırasındadır. 17 il ərzində ölkəmiz ən dayanıqlı iqtisadi inkişaf tempini qorudu. Bu istiqamətdə dünyanın lider ölkəsi ünvanını aldı. Ölkəmizin valyuta ehtiyatları 20 dəfədən çox artdı. Ən nəhayət, bu gün 60 illik yubileyini qeyd edən Azərbaycan prezidenti cənab İlham Əliyev 44 günlük şanlı Vətən Müharibəsinin qalib sərkərdəsi kimi adını tarixə əbədi yazdırdı. Bu gün onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanın ən sayğı və hörmət edilən ölkələrindən birinə çevrilib. Dünya əhəmiyyətli bir çox layihələrdə cənab prezidentin və dövlətimizin imzası var. Ölkə başçısı cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona gərgin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!"