Yaz aylarında hücum gözlənilir

Türkiyənin vasitəçiliyi də münasibətlərin normallaşmasına gətirməyəcək

“Qərblə Rusiya arasında davam edən siyasi-hərbi böhran Donbassda lokal döyüşlərlə nəticələnək”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ukraynanın Donbassa hücumu yaz aylarında mümkündür: “ABŞ başda olmaqla NATO Ukraynanı müharibəyə hazırlayır. 

Qərblə aparılan danışıqlar onda nəticə verə bilər ki, ABŞ, yaxud Rusiya geri addım atsin. Rusiyanın tezliklə geri addım atmasi gözlənilmir. Ötən gün Vladimir Putin çıxışında birmənalı dedi ki, Moskva Ukrayna məsələsində “prinsiplərini” qoruyur.

 Kremlin məqsədi Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməkdir. Böyük Britaniya baş nazirinin Ukraynaya səfəri Rusiyanın aqressiyasının müəyyən dərəcədə qarşısını alacaq. Bu həm də rəsmi Londonun yeni dünya nizamında Rusiyanın qarşısına çıxdığını göstərir. 

Hər halda Rusiya üçün arzuolunmaz prosesdir. Türkiyə Prezidenti Ukrayna və Rusiya arasında təmaslar yarada bilər. Ancaq bu təmaslar Kiyev-Moskva münasibətlərinin normallaşmasına gətirməyəcək”.