“Vətəndaşlarımızın Ukraynadan təxliyəsi birbaşa Prezidentin nəzarətindədir”


“Dünən Xarkovdan 800-dən çox azərbaycanlı qatarla Moldova istiqamətinə yola düşüb”.

"Sherg.az"ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, artıq həmin qatar sərhədə çatıb:

“Vətəndaşlarımızın sərhəd keçidində ən çox sıxlıq Moldova, Rumıniya və Polşa istiqamətlərindədir. Buradan ölkəmizə təxliyə üçün dövlət başçısının birbaşa tapşırığı ilə çarter reyslər fəaliyyət göstərir”.

L.Abdullayeva bildirib ki, sərhədlərdə toplanan vətəndaşlarımız öz nəqliyyat vasitələri ilə də ölkəmizə gələ bilər:

“Vətəndaşların toplanmasından asılı olaraq çarter reysləri davam etdiriləcək”.