“Ukrayna əsgəriyəm, Kiyevi tərk etmək fikrim yoxdur” - VİDEO


“Bildiyinizə kimi, Ukraynada vəziyyət çox yaxşı deyil. Ailəmlə birgə Ukraynanın paytaxtı Kiyevdəyəm. İstəyirəm ki, ailəmi Kiyevdən qərbə, sərhədə yaxın göndərim. Əgər vəziyyət lap pis olsa, onları Azərbaycana göndərmək istəyirəm”.

Oxu.Az xəbər verir ki, bunu Ukraynanı təmsil edən Azərbaycan əsilli yunan-Roma güləşçisi, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibov deyib.

Ukraynanın cənubundakı Nikolayev şəhərində yaşayan Pərviz Nəsibov artıq müharibə ilə əlaqədar olaraq Kiyevə köçdüklərini bildirib. 23 yaşlı idmançı Kiyevdən ayrılmayacağını bildirib:

“Özüm sonadək burada qalacağam. Getmək planımda yoxdur. Həm də mən Ukrayna əsgəriyəm deyə, buranı tərk edə bilmərəm”.

O, Ukrayna xalqının azərbaycanlılardan maddi və mənəvi dəstək aldığını bildirib və buna görə onlara təşəkkür edib.