Deputat şikayətləndi: "Kasıb insanlar endirimli məhsullar alır, onun da vaxtı keçib"

   Milli Məclisin dünənki iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vaxtı keçmiş məhsulların satışından şikayətlənib. Deputatın sözlərinə görə, qida təhlükəsizliyinin pozulması ilə bağlı qanunun tətbiqi əsasdır: “Bu qanunu pozanlar üçün cəzalar çox sərt olmalıdır. Bir çox şəhərdə mağazalarda vaxtı bitmiş məhsulları endirimli məhsul kimi verirlər, ya da məhsulun istifadə müddətinin bitməsinə isə 1-2 gün qalmış olur. Mağazalarda vaxtı keçmiş qidaları reklamla satırlar. Bunun qarşısı alınmalıdır. Çünki kasıb insanlar endirimli məhsulu alırlar. Cəza tədbirlərinin daha geniş qanun layihəsində əksini tapmasına böyük ehtiyac var. Söhbət əhalinin məhz sağlamlığı və genefond ilə bağlıdır”. 
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, bu məsələ layihənin 36-cı maddəsində əksini tapıb: "Qanunun qəbulundan sonra deputatlar israr edərsə, bu məsələyə yenidən baxıla bilər”.