AMEA-nın Ümumi yığıncağı keçirilib - YENİLƏNİB + FOTO

AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

11:41

AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilir.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edirlər.

Əvvəlcə qonaqlar “Elm günü”nə həsr edilmiş AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan uğurları əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinə baxış keçiriblər. 

Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti vəzifələrini müvəqqəti icra edən akademik Arif Həşimovun giriş nitqi ilə başlayıb.

Hazırda Akademiyanın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilir.

Qeyd edək ki, AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev iclasda iştirak etmir.