Azərbaycanda gənc qız valideynlərinə şok yaşadıb

Sumqayıtda intihara cəhd olub.
Lent.az bildirir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki bağ evlərindən birində baş verib. Orada yaşayan 23 yaşlı N.Rüstəmova evlərinin həyətində özünü asıb.
Hadisədən xəbər tutan qızın valideynləri dərhal kəndiri kəsərək, onu xəstəxanaya aparıblar. Reanimasiyaya yerləşdirilən N.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir.
Onun intihara cəhd etməsinin səbəbləri hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.