Azərbaycanda vəzifəli şəxs vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin əmək kollektivinə ağır itki üz verib.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bakı metrosu inşaatı sahəsində zəngin təcrübəsi olan Əməkdar inşaatçı, qurumun Tikinti Departamentinin rəis müavini, 1953-cü il təvəllüdlü Rauf Səməd oğlu İsmayılov vəfat edib. 

Qeyd edək ki, o, metro tikintisi sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilib, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb.