Azərbaycanda direktor yüksək vəzifəsini itirdi


Milli Paralimpiya Komitəsinin vitse-prezidentlərindən biri çıxarılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Sumqayıt Paralimpiya Kompleksinin də direktoru olan Yaşar Hacıyevdir.
O, qurumun İcraiyyə Komitəsində üzv kimi işini davam etdirəcək.
Xatırladaq ki, Y.Hacıyev 2020-ci ilin fevralın 21-də Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti seçilmişdi.
Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev isə vitse-prezident kimi işinə davam edəcək.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu gün keçirdiyi iclasdan sonra vitse-prezidentlərin sayı birə endirilib.
Həmçinin Kamal Məmmədovun işlədiyi baş katib vəzifəsi ləğv edilib, yerinə icraçı direktor vəzifəsi yaradılıb. Eldar Babayev icraçı direktor, Rauf Mürsəlov onun müavini təyin edilib.