İTV futbol üzrə dünya çempionatını yayımlayacaq

İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.
Bunu İTV-nin baş direktoru Balaş Qasımov APA-ya açıqlamasında deyib.
O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:
“Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.
Balaş Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:
“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.