Bakıda cəzaçəkmə müəssisəsində qiyam olub? - AÇIQLAMA

Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verdiyinə dair iddialar yayılıb.
Bu barədə Criminal.az saytı məhkumların verdiyi məlumatlara istinadən xəbər hazırlayıb.
Xəbərdə iddia edilir ki, hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb, nəticədə bir neçə nəfər ağır xəsarət alıb.
İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.
Məsələ ilə bağlı Oxu.Az Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov sorğumuza cavab olaraq bildirilib ki, bu, tamamilə yalan bir məlumatdır:
“Elə bir hadisələr baş verməyib”.