Qeyri-adi həbsxana modeli!- Gözətçi məhbusları görür, amma... - FOTO

Panoptikon ingilis filosofu Ceremi Bentham tərəfindən 1785-ci ildə irəli sürülən həbsxana modelidir.  Bu həbsxana modelində bütün kameralar həbsxananın ortasındakı gözətçi qülləsinin ətrafında düzülüb. 
"Sherg.az"xarici mediaya istinadən xəbər verir ki, həbsxananın maraqlı quruluşu sayəsində mühafizəçilər bütün məhbusların nə etdiklərini aydın şəkildə görə bilirlər.  Amma gözətçi qülləsindən çox güclü işıq çıxdığından məhbusların gözətçiləri görməsi mümkün olmur.  Məhkumlar nə vaxt izlənildiklərinin fərqində olmadığı üçün həmişə izlənildiklərini düşünür və davranışlarına diqqətlə yanaşırlar. 

 Yəni Panoptikon konsepsiyasında məhbuslar qorxu içində olduğundan həbsxanada nizam-intizam qorunub saxlanıla bilir.  Panoptikon modeli həm də hökumətlərin insanları necə idarə etdiyini göstərir.  Ən repressiv dövlətlərdən biri olan Çin qabaqcıl texnologiya, telefon və sosial media sayəsində bütün vətəndaşlarını anında izləyə bilir. 

Bütün texnoloji infrastrukturun Çin dövlətinin nəzarətində olduğunu bilən insanlar Panoptikondakı məhbuslar kimi qorxur və onların davranışlarını izləyir. 

Ən liberal ölkə belə ölkə daxilində asayişi qorumaq üçün Panoptikon konsepsiyasının müxtəlif versiyalarından istifadə edir.  Əslində, bəzi Panopticon modellərində ictimaiyyət bilərəkdən və istəyərək müşahidə sistemində iştirak edir.