Bu gün Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin meydana gələn təhlükəsizlik təhdidləri üzrə köməkçisinin müavini Ceyms Appaturay ilə görüşüb.
Bu barədə nümayəndəlikdən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kibertəhlükəsizlik, hibrid təhdidlər, habelə mühüm enerji infrastrukturlarının mühafizəsi ətrafında müzakirələr aparıblar.