Zorakılıq məsələləri bir çox hallarda gizlədilir

Heç kim ailədə məişət zəminində baş verən məsələlər barədə məlumat vermək istəmir

“Qanunvericilikdə köklü dəyişikliklər edilməsi çox vacibdir"

 "Müalicə mərkəzləri yoxdur deyə narkomanların böyük əksəriyyətini kriminal əməl törədənlər kimi qiymətləndirib həbsxanaya göndəririk”. Bunu Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, zorakılığa məruz qalanlar üçün sığınacaqlar da çox azdır: 

“Kiçik Avropa ölkələrində bizdən qat-qat çox sığınacaqlar var. Zorakılıq məsələləri bir çox hallarda gizlədilir. Bu sahədə dövlətin rolu sadəcə, tənzimləmə olmalıdır. Bu sahədə əsas işi QHT öz üzərinə götürməlidir. Heç kimi ailədə məişət zəminində baş verən məsələlər barədə məlumat vermək istəmir. Qanunvericilikdə köklü dəyişikliklər edilməsi çox vacibdir".