İranlı nazir Xoy sakinlərinə: “Sığınacaqlar sizin nəyinizə lazımdır ki?!” - VİDEO

Zəlzələdən zərər çəkmiş Xoy sakinləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaşdən onlara müvəqqəti sığınacaqların verilməsini xahiş edirlər.
İranlı nazir vətəndaşların dərdinə şərik olmaq əvəzinə onlara etinasızcasına cavab verib:
“Müvəqqəti sığınacaqlar sizin nəyinizə lazımdır ki?! Neynirsiniz ki? Onlar yararsızdır”.
O, eyni zamanda Kirmanşah əyalətinin rayonlarından birində bir neçə il bundan əvvəl baş verən zəlzələ zamanı insanların çadırlardan istifadə etmədiyini də əsas gətirib.