Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.
Bakupost.az azxəbər-ə istinadla xəbər verir ki, artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar.
Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.
Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.
Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid "Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.(AZXEBER.COM )